Simptom

Baş ağrısı

Baş ağrısı

Sәbәbinә baxmayaraq, baş hissəsində hiss olunan ağrıya baş ağrısı deyilir.

Baş ağrısı çeşidli növlәrә bölünür:

– Gərginlik baş ağrısı(böyük çoxluğu)

– Miqren baş ağrısı(az-çox)

– Salxım baş ağrısı(çox az)

Və sair

 

Müvəqqəti baş ağrısını aşağıda ki, hallarda görmək olar:

Qızdırma zamanı(soyuq dərmə, sinuzit və başqa infeksiyonlarda)

Yorğunluq zamanı

Alkol siqara xumarlığında

Sәsli-küylü iş yerlərində çalışanlarda

Görmə qüdrətinin azalma zamanı

 

Gərginlik baş ağrısı:

Buna səbəb başda olan әzәlәlәrin yığılıb-sıxılma larıdır.

Bu baş ağrısında xəstə alnında, peysərində və çiynilәrindә sıxma hiss edir. Buna səbəb stress, təşviş, saatlar mәktәbdә olmaq və sığınacaqlı iş ola bilər.

 

Miqren baş ağrısı:

Miqren çox qadınlarda görsәnir. Miqrenə səbəb başda olan qan damarlarının ölçüsü dәyişilmәsidir. Ağrı çox vaxt başın bir tәrәfindә hiss olunur. Bazan miqren həmləsi göz qaralmaq ilə başlayır. Bazı yemәklәr vә maddələr miqrenin şiddәtlәnmәsiniә sәbәb olurlar; mәsәlәn qırmızı şərab, kifli pendir, stressin azalıb-çoxalması vә qadının qayidәlik dövranının qan gәlmә vә ya toxum qoyma zamanı miqren həmləsinin frekvensi artır.

 

Salxım baş ağrısı:

Salxım baş ağrısı çox kişilərdə görünür. Bu baş ağrısı birdən birә tutur vә ağrı bir gözün dalında hiss olunur. Salxım baş ağrısının həmləsi 5-10 dəqiqə әrzindә şiddətlənib bir saatdan sonra başa çatır. Bu baş ağrısı neçə həftənin içində gündə neçə dəf davam tapır. Neçə hәftәdәn sonra aradn gedir. Bir müddətdən sonra qayıda bilər. Salxım baş ağrısı çox şiddətli baş ağrısıdır və xәstәdә özün öldürmə fikri yarada bilər.

 

 

Baş ağrısına neçə başqa ümumi sәbәblәri:

 

  • Sinuslarda iltihab baş ağrısı verə bilər. Sinus iltihabında ağrı sinusların üstündə alında vә üzdə hiss olunur.

 

  • Temporalis artrit:

Gicgahda olan bir qan damarın iltihabıdır. Bu iltihab adamı kor elliyə bilәr vә ona görә dә tezraq kortison ilә dәrman olunmalıdır.

  • Cinsi yaxınlıqda akut başağrısı:

Cinsi yaxınlıqda qəflətən şiddətli baş ağrısı beyin pәrdәsindә olan qan damarının qanamasının әlamәti ola bilәr. Tezraq hәkimlә görüşmәlisiniz.

  • Xumarlıq( alkol, qәhvә vә sair)
  • Qızdırma(infeksiyon, İnfluenza)
  • Baş yarası
  • Qan damarlarını gәnәldәn dәrmanlar: Nitrat vә sair
  • Stress
  • Diş çirklənmək

 

Baş ağrısına nadir sәbәblәr:

  • Aneurysm
  • Beyin xərçəngi(saratanı)
  • Beyin səktəsi
  • TIA
  • Meningit(beyin pәrdәlәrindә iltihab)
  • Encefalit( beyindә iltihab)

 

Ehtiyat tədbirləri:

  • Yuxarıda adı çəkilən baş ağrısı verәn maddәlәrdәn uzaq gәzmәk
  • Stressi azaltmaq
  • Dincəlmə/istirahət
  • Müntəzəm yatmaq
  • Gimnastik/azad havada dolanmaq
  • Yüngül baş ağrı dərmanlardan istifadə etmək

 

Nə vaxt hәkimә getməliyik:

Qızdırmalı və şiddətli baş ağrısında

Qəflətən baş ağrısı tutanda

Baş ağrısıla sarı-yaşıl yoğun fırtıq(sinuzit?)

Yuxuda oyadan baş ağrısında(beyin xərçəngi?)

Tez tez qayıdan ağır baş ağrısında