Xəstəlik

Akne

Dərinin yağ kisәciklәrindә yaranan iltihaba akne deyilir. Bu iltihabda dәridә olan narın dәliklәr tutulur vә dəridə səthi səpki yaranır.

Akne dərinin yağ vəzi çox olan yerlərdə, üz, çiyinlər və sinənin yuxarı hissəsində törənir. Ancaq bədənin başqa yerlərində də törənsin.

 

Aknenin tam adı Acne Vulgaris-dir.

 

insidens:

Bluğa çatmış oğlanların 4-də 3-ündə akne görünür. Ancaq akne hər yaşda və qızlardada görünə bilər. Aknenin ən fəal dövranı 17-19 yaşlarındadır. Sonra akne fəaliyyəti yavaş-yavaş azalıb, 25 yaşında bitir. Bəzi həssas adamlarda akne problemi 40 yaşına qədər sürə bilər.

 

Səbəb:

Akne-yә sәbәb yeni yetmələrdə hormon deyişikliyidir. Bu hormonlar dəridә olan yağ vəzilərinin yağ istehsalını artırır. Yağ vəzilərində izafə yağ istehsalı toplaşıb vəziləri şişildib dəri səpir. Çirk etmiş yağ kisәciklәri patlayan zaman bakterilər dərinin içinə girib çivzə törədir. Bu çirk etme güclü olan zaman cyst, çırklı kisәciklәr yaradır.

Cisimdə başqa hormon deyişiklikləri, qayidəlik, boyluluq, boyluluğun qabağını alan hormon davaları və stress akne törədə bilərlər.

 

 

Akne simptomları:

Dəridə, mәxsusәn üz, sinə və kürəyin yuxarı hissәsindә çivzә, səpmə kisәcik vә ya çıban

Bu sәpmәlәrin başında ağ və ya qara komedon(noqtә yekәlikdә qara ya ağ lәkә)

Səpgilərin yanında İltihab, qızarma və qabığlanma.

Dəridə yara yeri

 

Diaqnos:

Diaqnos üçün yalnız zahiri baxış yetәrlidir.

 

Dərman:

– Azelin asid(Skinoren®) vә ya A-vitamin asidi(Aberela® Differin®) kremləri. A-vitamin cəninə zərər verən maddədir və boylu qadınlara verilmir.

– A-vitamin yerinə boylu qadın anti-androgenlı preventiv dәrmanlardan istifadə edә bilәr.

– Klindamycin və ya Dalcin antibiotika kremlәri.

– Tetracykin antibiotikaları(Tetracyklin təkmilləşməmiş sümüklərdə, dişlərdə ləkə yaratdığı üçün boylu, süt verәn və 12 yaşdan kiçik uşaqlara verilmir.

– Ağır aknesi olana Roaccutan®( a-vitamin asidi həb formasında) verirlir. Akne davalarının arasında, Roaccutan® ən təsir edici davadır. Roacutan cəninə zərər verməsi üçün boylu qadına verilmәmәlidir.

– Aknedən ağır dəri yarası alan adam guman ki, plastik cərrahlıq yolu ilə yaralarını aradan apara bilәr.