Xəstəlik

Öd daşı

Written by dr. eldeniz

Öd daşı nədir?

Öd kisəsində inkişaf edən kiçik, ağır daşlara öd daşı adlanır.

Öd daşı necə formalaşır?

Qara ciyərdə istehsal olan öd, öd kisəsində toplaşıb lazım olan zaman bağırsaqda yağı həzm etmək üçün pulsativ 12 barmaq bağırsağa axır. Öd kisəsində olan kiçik bir xılt müxtəlif maddələri özünə alıb yavaş-yavaş öd daşı törədir.

Öd daşı böyük olanda ağrı vermir niyə ki öd kisənin dibində qalıb öd yollarını tütmür.

Öd daşları narın olanda hərdən bir öd yollarını tutur və ağrı sancıya səbəb olur. Belə halda xəstədə ürək bulanma və qusmaq olur. Normal halda öd daşı həmləsi qarnın yuxarı sağ tərəfində sinə qəfəsəsinin altında hiss olunur. Bəzənsə bu ağrı-sancı kürəkdə və qarının ortasında hiss olunur.

Öd daşı hər yaşda ola bilər ancaq insan yaşlandıqca risk artır. Toplumun 15-20 faizində bir və ya neçə öd daşı tapılır. 3-də bir qocalarda öd daşı vardır.

Öd daşına risk faktorlar nədir?

– Qadınlarda Kişilərə nisbət daha çox

– Yaşlanma

– Yüksək qan yağları

– Köhülük

– Sürətli arıqlanma

– Diabet

– Bədəndə fazala östrogen hormonu olanda, məsələn boyluluq zamanı və, hormon dərmanları.

 

Diaqnoz:

  • Simptom
  • Sonografi

 

Dərman: Modern laparoskopik cərrahlıq yolu ilə öd kisəsi daşları ilə birlikdə bədəndən ayırmaq