Diabet: Şəkər Xəstəiyi, Qənd noxoşluğu
Diabet nədir?
Bir kronik xəstəlik ki, onda qanın şəkəri(glukos təmərküzü) həddən artıqdır.
Niyə qanın şəkər həcmi artır?
Pankreasda(mədəaltı vəzi) istehsal olan Insulin hormonunun yardımı ilə bədəndə olan sellullar qanda olan şəkəri işlədib və beləliklə qanın şəkər miqdarı sabit qalır. Insulin olmamazlığı və ya insulinə həssasiyyət azalan zaman hüceyrələr eliyə bilmirlər qanda olan şəkəri işlətsinlər. Belə bir halda qanın şəkəri artır və insan diabet xəstəliyi tutur.
Qanda nəqədər şəkər vardır?
Normal halda qanın hər litrində təqribən 5 mmol glukos vardır. Demək hər liter qanda 0,9 gram glukos vardır. Bu hesabla 65 kiloluq insanın 5 litr qanında 4,5 gram glukos vəya 1,5 kəsmə şəkər(qənd həbbi) miqdarında glukos vardır.
Niyə adam diabet tutur?
Diabetin hami illətləri bəlli deyil, ancaq aşağıda ki, illətlər əsas tutulur:
- Miras
- Mühit
- Çağlıq
- Stress(Cismi-ruhi stress) Stress zamanı stress hormonları: GH, kortisol və adrenalin istehsalı cisimdə artır. Bu hormonlar qanın şəkərin artırırlar.
- Hərəkətsizlik
- Bəzi davalar
- Autoimmun reaksiya
Diabetin müxtəlif tipləri:
Diabet xəstəliyini iki tipə bölürlər
Typ I: Gənclik diabeti: Bu xəstəlikdə insulin istehsalı ya yoxdur yada çox azdır. Bu xəstəlik çox cavanlarda görünür və dərman üçün insulinə ehtiyac vardır.
Tip II: Qocalıq diabeti: Bu xəstəlikdə insulin istehsalı ya çox azdır və ya insulinə həssasiyyət azdır. Tip II diabet xəstəliyi çox yaşlı adamlarda görünür. Şəkər xəstələrin 90% tip II diabetləri vardır.
Diabet əlamətləri (simptomları):
- Sidik həcminin artması
- Təşnəlik
- Yorqunluq
- İnfeksiyon
- Yaranın gec toxtaması
- Qaşınma
- İştahanın azalması
- Ağırlığın azalıb-artması.
Diabet komplikasyonları:
Şəkər xəstəliyi gec-tez qan və əsab damarlarına təsir qoyub və başqa komplikasiyonlar yaradır. Bu komplikasiyonların neçəsini belə xilasə etmək olar:
- Böyük qandamarların gəclənməsilə beyin və ürək səktəsinin riski artır.
- Börək xəstələnıb və qandan sidikə axan Albumin,protein həcmi artır. Qanın fişarı artır və sonralar börək təsfiyə qabiliyyətin əldən verir.
- Göz xəstəliyi: gözdə olan incə qan damarları patlayıb və gözün şəbəkiyəsində iltehab yaranır.
- Əsab damarlarına mənfi təsırat qoyulub, bir sıra simptomlar, gicəlmək, ishal, işəmək çətinliyi və iqtıdarsızlıq törənir. Diabet xəstəsinin duyu gücü məxsusən ayaqlarda azdır. Ona görədə onlar ayaqlarına iti şeylər batanda hiss etməyirlər və ayaq yarası vucudə gəlir. Şəkər xəstəsində qan cərəyanı zəyif olduğu üçün bu yaralar çətin toxtayır. Bəzəndə infeksiyon və qanqren törənib və xəstə amputasiyon olmaq məcburiyyətində qalır.
Diabet dərmanı:
Tip I diabet xəstəsinə insulin lazımdır. Typ II diabet xəstəsinə həb davası vermədən öncə jimnastik və düz yeməklik tövsiyə olunur. Düz yeməklik üçün eliyə bilərsiniz mənim çağlıq haqqında yazdığım məqaləni durnanın internet səhifəsində oxuyasınız.
Jimnastik etməklə cismin əzələ hüceyrələri qanın şəkərin işlədib, insulin ehtiyacı azalır. Jimnastik oksijen almaq qabiliyyətini artırmaqla qan damarları açıq saxlanıb və idmançının halını xoş edir.
Şəkər xəstəsi siqari tərk etməlidir niyə ki, tütün tüstüsü ürək-damar xəstəlik riskini artırır. Bu risk diabeti olan xəstədə dahada artıqdır.
Tip II diabet xəstələrinin çoxu kökdür. Bu xəstələr jimnastik etməklə və düz yeməkliklə arıxlıyıb, onların qanşəkərləri azalmaq ilə onların dava ehtiyaclarıda azalır.
Olarmı adam diabet tutmasın?
<Idman etməklə və düz yeməklə çağlığın qabağı alınıb, diabet tutmaq riski azalır.
Boyluluq diabeti:
Boyluluq diabeti boyluluq zamanı yaranıb, boyluluqdan sonrada aradan gedir. Boyluluq diabeti çox köklü boyluda və ailəsində diabeti olan boylu qadında yaranır.
Boyluluq diabetinin illəti boylu qadında bəzi hormonların artmasıdır.
Boyluluq diabeti gələcəkdə diabet tutma riskini artırır. Özəliklə o qadınlar ki, yekə uşaq >4500qram doqubdur, boyluluqdan öncə kökidilər və ya boylu olan zaman yaşları 35-dən artıqıdı. Bu qandınlara yaxşı tips o olar ki, qan şəkərlərini yoxlamaq üçün ildə bir dəfə qan nümünəsi götürsünlər.
Boyluluq diabetinin dərmanı düz yeməklik və insulindir. Diabet həbləri cəninə zərər vururmaqları üçün boylu qadına verilmir.
Şəkər xəstələrində qan yağının çox olması və ya tutun çəkməkləri onlarda ürək-damar xəstəlik riskini dahada çox artırır.